satellite   Azerspace-1: 11135 H 30000

Hazırkı heyətlərinə ən çox sərmayə yatıran futbol klublarının adları açıqlanıb

Hazırkı heyətlərinə ən çox sərmayə yatıran futbol klublarının adları açıqlanıb

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) hazırkı heyətlərinə ən çox sərmayə yatıran klubların siyahısını dərc edib.

Naxçıvan televiziyası-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, ilk “100-lük”də 19 müxtəlif liqanın komandaları qərarlaşıblar.

Cəmi 4 klubun futbolçuları üçün xərclədiyi ümumi məbləğ 1 milyard avroya çatıb. Onlardan üçü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Siyahıya müvafiq olaraq “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” başçılıq edirlər.

İlk “100-lüy”ə Türkiyənin də üç klubu düşüb. “Fənərbağça” oyunçularının transferinə 114, “Qalatasaray” 84, “Beşiktaş” isə 54 milyon avro xərc çəkiblər.

İlk “10-luq”:

1. “Mançester Yunayted” (İngiltərə) – 1 milyard 150 milyon avro

2. “Çelsi” (İngiltərə) – 1 milyard 134 milyon

3. “Mançester Siti” (İngiltərə) – 1 milyard 42 milyon

4. PSJ (Fransa) – 1 milyard

5. “Arsenal” (İngiltərə) – 836 milyon

6. “Tottenhem” (İngiltərə) – 829 milyon

7. “Liverpul” (İngiltərə) – 770 milyon

8. “Real” (İspaniya) – 708 milyon

9. “Nyukasl” (İngiltərə) – 661 milyon

10. “Aston Villa” (İngiltərə) – 505 milyon

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM