satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gimnastları beynəlxalq turnirdə daha səkkiz medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə daha səkkiz medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirdə daha səkkiz medal qazanıblar.

Naxçıvan televiziyası xəbər verir ki, fərdi proqramda Fərhad Mustafayev birinci, Ömər Qasımlı ikinci, Səma Cəfərova və Ammar Baxşalıyev üçüncü yeri tutublar.

Sinxron proqramda isə Əli Niftəliyev və Mehdi Əliyev gümüş, Səma Cəfərova və Şəfiqə Hümbətova isə bürünc medalın sahibi olublar.

Daha əvvəl sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova birinci, Fərhad Mustafayev və Ömər Qasımlı isə ikinci olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM