satellite   Azerspace-1: 11135 H 30000

Gəncə-Moskva aviareysi təxirə salınıb - YENİLƏNİB

Gəncə-Moskva aviareysi təxirə salınıb<font color='red'> - YENİLƏNİB</font>

“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Heydər Əliyev Hava Limanından NTV-yə  verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.

Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.

21:08

Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukovo aeroportuna həyata keçirilməsi gözlənilən aviareys təxirə salınıb.

NTV-nin  məlumatına görə, saat 18:00-da yerinə yetirilməli olan aviareys sabah saat 12:00-dək təxirə düşüb.

İlkin məlumata görə, sözügedən aviareys ilə 118 sərnişinin uçması gözlənilirdi. Sərnişinlərin bəziləri Gəncə şəhərindəki hotellərə yerləşdirilib.

Ehtimal olunur ki, uçuşun təxirə düşməsinə səbəb təyyarədə yaranan texniki nasazlıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM