satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda iki ayda 58 nəfərə günvurma diaqnozu qoyulub

Naxçıvanda iki ayda 58 nəfərə günvurma diaqnozu qoyulub

Naxçıvan Muxtar Respublikasında havaların kəskin isti keçməsi nəticəsində günvurma hallarının sayı artıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən NTV-yə bildirilib ki, cari ilin iyun-iyul aylarında günvurma diaqnozu ilə ümumilikdə, 58 nəfər tibb müəssisələrinə müraciət edib.

Mütəxəssislər vətəndaşlara günvurma riskinə qarşı ehtiyatlı olmağı, xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmalarını tövsiyə edirlər.

Qeyd edək ki, günvurma uzun müddət günəş altında qalmaq nəticəsində bədənin temperaturunun normadan artıq qalxması ilə müşayiət olunan və həyati təhlükə yarada bilən vəziyyətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM