satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ötən həftə ərzində 14 yanğın hadisəsi olub

Naxçıvanda ötən həftə ərzində 14 yanğın hadisəsi olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

NTV xəbər verir ki, ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 14 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Naxçıvan şəhər Tumbul kəndində fərdi yaşayış evinin mətbəx hissəsində, Əliabad qəsəbəsində 5 mərtəbəli yaşayış binasının zirzəmisində, məişət texnikası və avadanlıqları mağazasında, Babək rayon Göynük, Ordubad rayon Aza kəndlərində tövlə və ot bağlamalarında, Şərur rayon Tumaslı, Siyaqut, Yeni Havuş, Culfa rayonu Saltaq kəndlərində, Kəngərli rayon Qıvraq qəsəbəsində və Xok kəndində həyətyanı sahələrdə, Şərur rayon Xələc kəndində transformatorda və Naxçıvan şəhərində məişət tullantılarında yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM