satellite   Azerspace-1: 11135 H 30000

Balakəndə yanğında 100 ev quşu tələf olub

Balakəndə yanğında 100 ev quşu tələf olub

Balakənin Xalatala kəndində yanğın qeydə alınıb.

Bu barədə NTV-yə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Bildirilib ki, Xalatala kəndində yerləşən evin həyətindəki yardımçı tikilidə baş verən yanğın nəticəsində 35 kvadratmet sahənin yanar konstruksiyaları yanıb. Nəticədə həmin ərazidə saxlanılan 100 ev quşu tələf olub.

Yanğın Balakən rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb, yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin təsərrüfatları araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM