satellite   Azerspace-1: 11135 H 30000

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanılıb

Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 28 yaşlı Ramal Pənciyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, şəxsə məxsus əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilən 181 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramal Pənciyev barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM