Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NTV-nin məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Cəngan kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyev Zəfər Mirzağa oğlu yolu keçən zaman "Muravey" markalı motoreller onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
