satellite   Azerspace-1: 11135 H 30000

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Milli Hidrometeorologiya Xidməti fevralın 20-21-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verib.

Xidmətdən Naxçıvan televiziyası-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Neftçala və Qobustanda şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 metr/saniyə təşkil edəcək.

Naxçıvan Muxtar Respublikası, Salyan, Hacıqabul, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Goranboy, Samux, Mingəçevir, Balakən, Zaqatala, Qax, Şəki, Kəlbəcər, Laçın, Zəngilan, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvarda isə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM