Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata əsasən Muxtar Respublikada mayın 7-dən yağıntıların tədricən kəsəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcəyi, 18m/s-dək güclənəcəyi gözlənir. Düşən yağıntının çaylarda sululuğu artıracağı, bəzi dağlıq rayonlarda qısa müddətli daşqın olacağı və ya sel küçəcəyi ehtimalı var. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
- 14:47 05.05.2025
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
