satellite   Azerspace-1: 11135 H 30000

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava şəraiti davam edir<font color='red'> -  FAKTİKİ HAVA</font>

Fevralın 10-u saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NTV-yə verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Belə ki, Bakıya və Abşeron yarımadasına, Daşkəsən, Şirvan, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, İmişli, Hacıqabul, Sabirabad, Qax (Sarıbaş), Şəki (Kişçay), Salyan, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Xaltan, Şabran, Neftçala, Beyləqan, Qəbələ, Şahdağ, Yardımlıya qar, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Ağdam, Lerik, Lənkəran, Astara, Gəncə, Naftalan, Şəmkir, İsmayıllı, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Xocalı, Füzuli, Ağcabədi, Goranboy, Oğuz, Bərdəyə isə yağış yağır.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 27, Şirvanda 21, Salyanda 18 metrədək güclənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM