satellite   Azerspace-1: 11135 H 30000

Geomaqnit hava proqnozu açıqlanıb

Geomaqnit hava proqnozu açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası martın 18-dən 30-dək olan günlər üçün geomaqnit hava proqnozunu açıqlayıb.

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2; kiçik-orta-radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmaların başvermə səbəbindən orta səviyyədə olacaq.

BDU-nun Astrofizika kafedrasından NTV-yə verilən məlumata görə, martın 21-dək geomaqnit sahə normal fon səviyyəsində olacaq. Martın 21-22-də və 25-də G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq.

Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı martın 21-22-də və 25-də 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə martın 19-da 6-7 intervalında olacaq.

Günəşdə M (kiçik orta) sinif alışmaların başvermə ehtimalı 15 faiz, X (güclü) alışmaların başvermə ehtimalı isə 5 faizdir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM