satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda aprel ayının hava proqnozu açıqlanıb

Naxçıvanda aprel ayının hava proqnozu açıqlanıb

Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Bu barədə NTV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 34-59 mm).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM