satellite   Azerspace-1: 11135 H 30000

Qeyri-sabit hava şəraiti mayın 4-nə kimi davam edəcək

Qeyri-sabit hava şəraiti mayın 4-nə kimi davam edəcək

"Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir:

"Hazırda Şamaxı rayonunda yerləşdirdiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində, eyni zamanda, Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".

Mərkəz direktoru vurğulayıb ki, ən çox yağıntı Goranboy rayonunun Yuxarı Ağcakənd rayonunda müşahidə edilib və bu təxminən 3 aylıq normaya bərabər yağıntı kimi qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM