satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub - FOTOLAR

Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanın Türkiyə ilə “Sərhədyanı ticarət” imkanları müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, martın 19-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliynin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirilməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.

Türkiyə Respublikasının Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına sərhəd ticarəti çərçivəsində ixracı imkanları müzakirə olunub.

Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycan Respublikasının Türkiyə Respublikasında Ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Azərbaycan və Türkiyə Respublikaları arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasında sərhədyanı ticarətin yarada biləcəyi imkanlar və digər önəmli məsələlər ətrafında çıxış ediblər.

Çıxış edənlər bundan sonra da sərhədyanı ticarətlə bağlı müzakirələrin davam ediləcəyini və istehsal olunan məhsulların qardaş ölkədə tanıdılması məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin nümayəndəsi sərhədyanı ticarətlə bağlı geniş təqdimatla çıxış edib və çoxsaylı sualları cavablandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM