satellite   Azerspace-1: 11135 H 30000

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

"Kaspersky" şirkətinin göstəricilərinə görə, dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu "Paşa Bank" ASC-nin nümayəndəsi Araz Həsənzadə Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, "WhatsApp+" qeyri-leqal proqramdır:

"Hansıki xakerlər cihazlarımızda olan fərdi məlumatlarımızı, hərəkətlərimizi, hətta telefonumuza gələn SMS-lərə qədər oxuyur. Həmin məlumatları 3-cü tərəflərə ötürür. Bunun əsasında hətta icazə vermişiksə, cihazlarımızı idarə edə bilir. Sizin xəbəriniz olmadan, xüsusən gecə vaxtı ekran qaralır, PİN-kod daxil edilir və mobil əlavəyə müdaxilə olunaraq pul köçürülür, səhər durub görürsünüz ki, kartda pul yoxdur.

Xəbəriniz belə olmadan fırıldaqçılıq baş verir. Ancaq bunların qarşısını almaq üçün də banklar daimi əsasda öz tədbirlərini görürlər", - A. Həsənzadə bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM