satellite   Azerspace-1: 11135 H 30000

BTQ dəmir yolunun genişləndirilməsindən sonra ilk yük qatarı yola salınıb

BTQ dəmir yolunun genişləndirilməsindən sonra ilk yük qatarı yola salınıb

Genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə mayın 20-də yüklərin daşınmasına start verilərək ilk yük qatarı yola salınıb.

Naxçıvan televiziyası “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Abşeron Logistika Mərkəzindən yola çıxan 20 konteynerdən ibarət yük qatarı Gürcüstan istiqamətində hərəkətə başlayıb.

Bu ayın əvvəlində BTQ-nin Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində bu dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM