satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan rəsmiləri Çində səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri Çində səfərdədirlər<font color=red> - FOTOLAR</font> Azərbaycan rəsmiləri Çində səfərdədirlər<font color=red> - FOTOLAR</font> Azərbaycan rəsmiləri Çində səfərdədirlər<font color=red> - FOTOLAR</font>

Mayın 21-dən başlayaraq Çinin Chongqing şəhərində dünyanın 26 ölkəsinin 40 şəhərindən olan nümayəndələrin iştirakı ilə Chongqing Beynəlxalq Dostluq Şəhərləri Əməkdaşlıq Konfransı-2024 keçirilir. Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə təşkil olunan konfrans “Biomüxtəlifliyin Qorunması üzrə Beynəlxalq Dost Şəhərlər Əməkdaşlıq Təşəbbüsü”nə birgə başlamağa və dostluq şəhərlərin əməkdaşlığı vasitəsilə biomüxtəlifliyin qorunması üzrə qlobal səylərə töhfə vermək məqsədi daşıyır. Tədbir dialoqlar, fikir mübadilələri və qarşılıqlı müzakirələr şəklində təşkil edilib.

Naxçıvan televiziyası xəbər verir ki, konfransa qatılan Azərbaycan nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev də təmsil olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM