satellite   Azerspace-1: 11135 H 30000

OPEC 2024-2025-ci illərdə qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib

OPEC 2024-2025-ci illərdə qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.

Bu barədə Naxçıvan televiziyası OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106,31 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,85 mln. barel çoxdur.

OPEC bu il üçün qlobal neft tələbatının 104,46 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir.

Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,79 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM