satellite   Azerspace-1: 11135 H 30000

COP29 çərçivəsində 35 ölkədən gənclər Azərbaycana dəvət ediləcək

COP29 çərçivəsində 35 ölkədən gənclər Azərbaycana dəvət ediləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq "İqlim dəyişikliyi haqqında gənclər düşərgəsi"nə 35 ölkədən gənclər dəvət ediləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər çempionu Leyla Həsənova "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən İqlim Fəaliyyəti üçün Tədqiqat və Əməkdaşlığın Sürətləndirilməsi konfransında deyib.

O qeyd edib ki, layihənin məqsədi gənclərin tədbirdən sonra da öz ölkələrində bu istiqamətdə maarifləndirmə işlərini həyata keçirməsi məqsədi daşıyır:

"İqlim fəaliyyəti ilə əlaqədar nəsillərarası dialoqun təkcə Azərbaycanda deyil, bütün dünyada həyata keçirilməsi önəmlidir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM