Naxçıvanda KOB subyektlərinin sayı bu il 57 % artıb

Naxçıvanda KOB subyektlərinin sayı bu il 57 % artıb

Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında KOB subyektlərinin sayı ilin əvvəli ilə müqayisədə 57,3 % çox olub.

NUHÇIXAN-ın məlumatına görə, bunu Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

“Bu gün Naxçıvanda fəaliyyətdə olan sahibkarların böyük əksəriyyətini KOB subyektləri təşkil edir. Onlar əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər. Oktyabrın 1-nə muxtar respublikada 19 729 mikro, 309 kiçik və 91 orta sahibkarlıq subyekti olmaqla ümumilikdə 20 min 129 aktiv KOB subyekti fəaliyyət göstərib. İlin əvvəli ilə müqayisədə KOB subyektlərinin sayı 57,3 %, o cümlədən mikro sahibkarların sayı 59 %, kiçik sahibkarların sayı 4 %, orta sahibkarların sayı isə 3,4 % artıb”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM