satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb

 Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb

2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 36,9 milyon manat və ya 30,6 faiz, məcburi dövlət sosial sığorta daxilolmaları 8,7 milyon manat və ya 8,2 faiz, işsizlik sığortası fonduna daxilolmalar 313,2 min manat və ya 11,1 faiz, icbari tibbi sığorta daxilolmaları 2,7 milyon manat və ya 14,9 faiz artıb.

Bu  ilin 9 ayında faktiki vergi daxilolmaları 157,6 milyon manat təşkil edib ki, bu da müəyyən olunmuş proqnoz məbləğindən 27,8 milyon manat və ya 21,4 faiz çoxdur. 

Naxçıvan televiziyası xəbər verir ki, bunu  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini əlavə edib ki, ilin əvvəli ilə müqayisədə 1 oktyabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 32,6 faiz artaraq 20.553 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə aktiv VÖ-nin sayı 61,8 faiz, qeydiyyatda olan obyektlərin sayı 21,4 faiz, ƏDV ödəyicilərinin sayı 78,1 faiz, qeydiyyatda olan Online NKA sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı 23,6 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM