Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edib

Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edib

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qazaxıstanlı həmkarı Yerlan Nısanbayevlə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Bakıda bu gün keçirilən Yüksək Səviyyəli Dialoqda COP29 sədrləri Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Yerlan Nısanbayev ilə görüşüb və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərilən səyləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM