satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda vətəndaş və qurumlar arasında münasibətlərdə rol oynayan sahələrin 35 faizi rəqəmsallaşdırılıb

Azərbaycanda vətəndaş və qurumlar arasında münasibətlərdə rol oynayan sahələrin 35 faizi rəqəmsallaşdırılıb

Azərbaycanda “SİMA İmza” və “ASAN İmza” vasitəsilə 47 milyondan çox tranzaksiya həyata keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı deyib.

“Rəqəmsal transformasiya istiqamətində səylər davam etdirilir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər dövlət qurumları ilə birgə əhali arasındakı münasibətlərdə rol oynayan dörd əsas sahəni tam rəqəmsallaşdırıb. Bu, əhalinin hökumətlə qarşılıqlı əlaqələrinin 35 faizini əhatə edir. Vətəndaşların dövlət qurumlarına olan fiziki müraciətləri indi rəqəmsal mühitə köçürülüb. Bu, vaxta və kağıza qənaət baxımından da çox mühümdür. Ölkəmizdə bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanın kibertəhlükəsizlik reytinqlərində mövqeyi də xeyli irəliləyib”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM