satellite   Azerspace-1: 11135 H 30000

Pərviz Şahbazov 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransına qatılacaq

Pərviz Şahbazov 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransına qatılacaq

Energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Zhang Jianhuanın dəvəti ilə bu ölkəyə səfər edib.

Naxçıvan televiziyası Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir oktyabrın 23-24-də Çinin Şandun əyalətinin Çindao şəhərində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək.

“Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunacaq Nazirlər Konfransında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması üzrə müzakirələrin aparılacağı gözlənilir.

Energetika nazirinin Nazirlər Konfransının açılış mərasimində, həmçinin “Enerji təchizatının daha da şaxələndirilməsi üçün qarşılıqlı enerji əlaqələndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi” adlı Forumda iştirakı və çıxışları nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin Pekin şəhərində Çin şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM