satellite   Azerspace-1: 11135 H 30000

Mariya Zaxarova: Kommunikasiyaların açılmasından bütün Cənubi Qafqaz regionu faydalanacaq

Mariya Zaxarova: Kommunikasiyaların açılmasından bütün Cənubi Qafqaz regionu faydalanacaq

“Ölkələrin Baş nazir müavinlərinin həmsədrlik etdiyi Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı əsas vəzifəsi həm Bakıya, həm də İrəvana uyğun həll yolları tapmaqdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O, işçi qrupunun bu istiqamətdə fəal iş apardığını və bundan sonra da tərəfdaşlara hərtərəfli köməklik göstərməyə hazır olduğunu qeyd edib. Zaxarova vurğulayıb ki, bütün Cənubi Qafqaz regionu kommunikasiyaların açılmasından faydalanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM