satellite   Azerspace-1: 11135 H 30000

Moldova portalı: Bakı COP29-un on minlərlə iştirakçısını qəbul etməyə hazırdır

Moldova portalı: Bakı COP29-un on minlərlə iştirakçısını qəbul etməyə hazırdır

Moldovanın “Noi.md” xəbər portalında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məqalə dərc edilib.

Naxçıvan televiziyası xəbər verir ki, “Bakı COP29-un on minlərlə iştirakçısını və qonaqlarını qəbul etməyə hazırdır” sərlövhəli məqalədə Azərbaycanın bu mötəbər beynəlxalq tədbirlə bağlı gördüyü işlər barədə ətraflı məlumat verilib.

“Tədbirə hazırlıq dövründə Azərbaycanın paytaxtında və ətraf ərazilərdə genişmiqyaslı tikinti işləri aparılıb və sakinlər həyatın ritmini dəyişiblər - qonaqpərvərliyi ilə tanınan azərbaycanlılar forum iştirakçılarını salamlamağa hazırdırlar”, - deyə müəllif yazır.

Məqalədə qeyd olunur ki, forumda yüksək vəzifəli Avropa rəsmiləri, BMT rəhbərliyi, müvafiq dövlət idarələrinin və beynəlxalq təşkilatların rəhbərləri ilə yanaşı, dünyanın 80-dən çox ölkəsinin dövlət və hökumət başçıları iştirak edəcək.

Məqalədə COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda görülən işlər, turistlər üçün yaradılan şərait, təhlükəsizlik tədbirləri barədə detallı məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM