Maliyyə naziri Həsən İsmayılov Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammitində iştirak edir - FOTOLAR

Maliyyə naziri Həsən İsmayılov Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammitində iştirak edir<font color=red> - FOTOLAR</font> Maliyyə naziri Həsən İsmayılov Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammitində iştirak edir<font color=red> - FOTOLAR</font> Maliyyə naziri Həsən İsmayılov Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammitində iştirak edir<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və Nazirliyin şöbə müdirləri Nurlan Hacıyev və Ağəli Novruzov Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammitində iştirak edir. Tədbir Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı olan ICFM tərəfindən təşkil olunub və Avropa və MDB ölkələrinin beynəlxalq təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən mütəxəssislər bir araya gəliblər.

Bu zirvə toplantısı 2024-2025-ci illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında tətbiq olunan dəyişikliklərin müzakirəsinə, maliyyə və mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunub. Tədbirdə canlı panel çıxışları, sosial toplantılar, müzakirələr, yarışlar və texnologiya sərgiləri təşkil olunur.

Görüşlər zamanı Nazir Həsən İsmayılov hazırda ölkəmizin ev sahibliyi etdiyi COP-29 iqlim dəyişikliyi konfransından danışarkən bu konfransın Azərbaycan və Naxçıvan Muxtar Respublikası üçün maliyyə sektorunda yeni imkanlar yaratmağa zəmin hazırlayacağını qeyd edib. 

Həmçinin Nazir vurğulayıb ki, maliyyə sektorunun dayanıqlı, şəffaf və müasir standartlara uyğun şəkildə qurulması məqsədilə ölkə rəhbərliyi tərəfindən ardıcıl dəstək göstərilir. Nazir qeyd edib ki, bu dəstək sayəsində Naxçıvanda maliyyə sektorunun transformasiyası üçün möhkəm bir təməl yaradılıb və maliyyə sektorunun inkişafı üçün rəqəmsal transformasiya və şəffaflıq prioritet hədəflər sırasındadır. Bu istiqamətdə atılan addımlar, ölkənin iqtisadi inkişafını dəstəkləməklə yanaşı, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı da gücləndirməkdədir.

Qeyd edək ki, “Mühasiblərin Zirvə Toplantısı 2024” Beynəlxalq Sammiti həftəsonuna qədər davam edəcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM