satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda elektrik enerjisinin 52%-i alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunub

Naxçıvanda elektrik enerjisinin 52%-i alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunub

Naxçıvan televiziyası xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 52%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. 

2024-cü ilin yanvar - oktyabr ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin:

  - 48 %-i İstilik Elektrik Stansiyalarında;

- 39 %-i Su Elektrik Stansiyalarında;

- 13 %-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 faiz artıb. Belə ki, bu rəqəm 2023-cü ildə 34 faiz olduğu halda cari ildə bu göstərici 52 faizə yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM