satellite   Azerspace-1: 11135 H 30000

Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək

Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib: “Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM