satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 45,3 faiz artıb

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 45,3 faiz artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 10 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib.

Nazirlikdən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu ilin yanvar–oktyabr aylarında 108 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrinin 69-u qeyri-yaşayış sahələrinə, 39-u isə torpaq sahələrinə aid olub.

Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə bu ilin 10 ayı ərzində 336 min manatdan artıq vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 45,3 faiz çoxdur.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM