Muxtar respublikada 287 uşaq müəssisəsinə monitorinqlər həyata keçirilir.

Muxtar respublikada 287 uşaq müəssisəsinə monitorinqlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva: muxtar respublikada 287 uşaq müəssisəsinə monitorinqlər həyata keçirilir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri noyabrın 20-də Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə keçirilən vebinarda Ombudsman Günay Rzayeva bildirib.

Ombudsman qeyd edib ki, ötən dövr ərzində “Uşaq hüquqları haqqında” Konvensiyanın tətbiqi ilə bağlı Azərbaycan Respublikasında, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar respublikasında uşaq hüquqlarının müdafiəsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət proqramlarının, strategiyaların və digər əhəmiyyətli sənədlərin tətbiqi sahəsi genişləndirilib, milli qanunvericiliyin tələblərinə uyğun mühüm nailiyyətlər əldə edilib.

Qeyd edək ki, vebinarda muxtar respublikada fəaliyyət göstərən aidiyyəti qurumların əməkdaşları da iştirak ediblər.

 

 

Xəbər lenti
İranda zəlzələ olub

10:26 21.11.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM