satellite   Azerspace-1: 11135 H 30000

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar martın 31-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Naxçıvan televiziyası-a bildirilib ki, son 5 gün ərzində region avtovağzallarından paytaxta 2847 reyslə 25790 sərnişin daşınıb.

Bölgələrdən paytaxta sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM