satellite   Azerspace-1: 11135 H 30000

AZAL ixrac gəlirini 90 % artırıb

AZAL ixrac gəlirini 90 % artırıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd edilir.

Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 900 min ABŞ dolları və ya 90 % çoxdur.

Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında AZAL-ın ixrac gəlirləri 1 milyon ABŞ dolları təşkil edir.

Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM