satellite   Azerspace-1: 11135 H 30000

AZAL sərnişin daşınmasını 7 % artırıb

AZAL sərnişin daşınmasını 7 % artırıb

Bu ilin I rübündə milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) 865 min sərnişin daşınıb.

Naxçıvan televiziyası AZAL-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.

Yanvar-mart aylarında AZAL uçuşların 89 %-ni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. 1 il əvvələ nisbətən punktuallıq göstəricisi üzrə 1 %, reyslərin sayı üzrə isə 4 % artım müşahidə olunub. Martda punktuallıq göstəricisi 93 %-ə çatıb.

Sərnişin axınında ən pik göstərici 12 350 nəfər olmaqla 12 yanvarda qeydə alınıb. Ötən il yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 200 nəfər olub.

AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM