satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyası inşa ediləcək - FOTOLAR

Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyası inşa ediləcək<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyası inşa ediləcək<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyası inşa ediləcək<font color=red> - FOTOLAR</font>

Azərbaycanda daha 3 Günəş Elektrik Stansiyası inşa ediləcək.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları çərçivəsində üç günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb.

Energetika Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycanda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb.

Azərbaycan hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycanda 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb.

Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi isə energetika nazirinin müavini Elnur Soltanov və “Nobel Energy Limited” şirkətinin baş direktoru Vüqar Səmədli tərəfindən imzalanıb.

“Yaşıl enerji zona”larının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 milyon kVt-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 milyon kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM