satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Aprelin 3-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,8-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,3 manat civarında dəyişib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,8-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,3 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM