Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 mindən çox şəxs qəbul edilib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 11 mindən çox şəxs qəbul edilib

Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 11 min 380 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 14 min 966 xidmət göstərilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur.

Ümumi xidmətlərin 93 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.

Yanvar-mart aylarında vergi ödəyicilərinə 319 min 520 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 25 görüş keçirilib, 119 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 782 müraciət üzrə 1326 ASAN İmza sertifikatı verilib.

Xəbər lenti
Ərdoğandan maraqlı fakt

21:24 03.05.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM