Mustafa Tuzcu: Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək - FOTOLAR

Türkiyə işğaldan azad edilən torpaqların bərpasında iştirak edəcək.

Naxçıvan Televiziyası xəbər verir ki, bunu azad edilən rayonlarda səfərdə olan Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu deyib.

”Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari-iqtisadi fəaliyyətlərdən ibarət deyil, bu bizim üçün həmdə bir məsuliyyətdir. Biz qardaş dövlət və millət olaraq əlimizdən gələni edəcəyik", - M.Tozcu bildirib.

Qeyd edək ki, Türkiyə ticarət nazirinin müavini və onun rəhbərlik etdiyi nümayəndə heyəti öncə Xocalı rayonunda olub, burada aparılan tikinti-quruculuq işləri ilə maraqlanıblar. Onlara şəhərdə aparılan işlər barədə geniş məlumat verilib.

Sonra qonaqlar Xankədində Qarabağ Universiteti ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin əməkdaşları onlara burda təhsil alan tələbələrin sayı barədə, görülmüş və görüləcək işlər haqqında məlumat veriblər.

Qonaqlar Xankəndi şəhəri Zəfər medyanında da olub və burada aparılan tikinti-quruculuq işləri, yeni layihələrlə maraqlanıblar.

Nümayəndə heyətini qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara bildirib ki, işğaldan dərhal sonra Xankəndi şəhərində geniş tikinti-quruculuq işlərinə start verilib.

Xəbər lenti
27 aprelə ola hava proqnozu

14:45 27.04.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM