satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək

Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək

Naxçıvanda sığortalı fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən 7 iş günü müddətində ödəniləcək.

NTV NUHÇIXAN-a istinadən xəbər verir ki, bu sözləri müsahibəsində Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədov bildirib. O qeyd edib ki, dolu nəticəsində zərərçəkmiş sığortalı fermerlərə dəymiş ziyan gözləmə müddətində bitdikdən, müraciətlər yekunlaşdıqdan sonra müstəqil ekspert tərəfindən sahələrə baxış keçirilərək dəyən ziyanın məbləği dəqiqləşdiriləcək. 

Filial rəhbəri onu da bildirib ki, bu proses başa çatdıqdan sonra öz təsərrüfatını sığortalayan fermerlərə dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən yeddi iş günü müddətində ödəniləcək.

Qeyd edək ki, əsasən, muxtar respublikanın Şahbuz və Babək rayonlarındakı təsərrüfat sahələri dolu nəticəsində daha çox ziyan görüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM