satellite   Azerspace-1: 11135 H 30000

Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Bu həftə Azərbaycandan nəql olunan qazı Suriyaya tədarük edəcəyik.

NTV  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

“Azərbaycanla SVOP razılaşması imzalamışıq. Bununla da Azərbaycandan ixrac olunan qazı Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac edəcəyik. Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarım ilə bu mərasimi Kilisdə rellaşdıracağıq”, - deyə türkiyəli nazir qeyd edib.

Alparslan Bayraktar onu da əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında istifadə olunacaq: “Suriyaya ixrac olunacaq 6 milyon kubmetr qaz ilə gündəlik 1200 meqavat həcmində elektrik enerjisi istehsalını həyata keçirmək mümkün olacaq. Beləliklə, Suriyadakı mövcud enerji təsisatlarını yanacaqla təmin etmiş olacağıq. Bununla da Suriyada hazırda gün ərzində mövcud olan 3-4 saatlıq elektrik enerjisi verilişi, 10 saata qədər artırılacaq. Bu, insanların həyatına müsbət təsir göstərəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM