satellite   Azerspace-1: 11135 H 30000

Sənaye parklarının rezidentləri 520 milyon manatdan çox vəsaitə qənaət ediblər

Sənaye parklarının rezidentləri 520 milyon manatdan çox vəsaitə qənaət ediblər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd verilib.

İZİA-dan NTV-yə bildirilib ki, bu sənədlər əsasında rezidentlər sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 520 milyon manatdan çox, 2025-ci ilin I yarısında isə 14 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM