satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yaxın 5 ildə paylayıcı elektrik şəbəkəsində görüləcək işlər açıqlanıb

Naxçıvanda yaxın 5 ildə paylayıcı elektrik şəbəkəsində görüləcək işlər açıqlanıb

Yaxın 5 ildə Naxçıvan Muxtar Respublikasında 110 və 35 kV-luq yarımstansiyaların yenidən qurulması və elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

NTV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"da öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, bölgədə 6–10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılması, elektrik şəbəkələrində qəza hallarının aradan qaldırılması, SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin qurulması və elektrik sayğaclarının dəyişdirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM