satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır - FOTOLAR

Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır<font color=red> - FOTOLAR</font> Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır<font color=red> - FOTOLAR</font> Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır<font color=red> - FOTOLAR</font> Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır<font color=red> - FOTOLAR</font> Azərbaycan investorları Qazaxıstanda turizm obyekti tikməyi planlaşdırır<font color=red> - FOTOLAR</font>

Qazaxıstanın Abay vilayətinin başçısı Berik Uali bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel ilə görüşüb.

NTV Abay vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan İşgüzar Şurası sədrinin müavini, Türk Sahibkarları Assosiasiyası İdarə Heyətinin sədri Aslan Kuniyarov, həmçinin Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Alakol sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksinin tikintisi üzrə investisiya layihəsi barədə məlumat verib.

İnvestorlar eyni vaxtda 800 nəfəri qəbul etmək üçün nəzərdə tutulmuş bütün mövsümlər üzrə turizm obyekti tikməyi planlaşdırırlar. İnvestisiyanın həcmi 20 milyon dollardır. Kompleksin istifadəyə verilməsi ilə 200-ə yaxın yeni iş yeri açılacaq. Bundan əlavə, layihə regionun turizm cəlbediciliyini artıracaq, yerli büdcəyə vergi daxilolmalarını çoxaldacaq, habelə tibb və istirahətin kəsişməsində yeni klaster formalaşdıracaq. Səfir Alim Bayelin dediyi kimi, bu gün Azərbaycan ilə Qazaxıstan arasında müttəfiqlik münasibətləri yeni səviyyəyə yüksəlib.

Səfir əlavə edib: “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən il üç dəfə Azərbaycana rəsmi səfər edib. Dövlət başçısı bizim qarşımıza iqtisadi əlaqələri gücləndirmək, istehsal və turizm sahələrində birgə layihələr həyata keçirmək üzrə yeni vəzifələr qoyub. 2024-cü ildə Qazaxıstan və Azərbaycanın birgə investisiya fondunu yaratdıq. Alakol kompleksinin tikintisi reallaşarsa, bu, həmin fond çərçivəsində ilk layihələrdən biri ola bilər”.

Vilayətin rəhbəri turizm layihəsinin region üçün əhəmiyyətini də vurğulayıb: “Qazaxıstanlılar və azərbaycanlılar qardaş xalqlardır, bizi ortaq tarix və mənəvi köklər birləşdirir. Səfərinizə və vilayətimizdə genişmiqyaslı turizm kompleksinin yaradılması təşəbbüsünüzə şadıq. Hazırda Alakol turizm zonasının baş planı hazırlanır. Biz bütün lazımi dəstəyi göstərməyə hazırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM