satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub - FOTOLAR

Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font> Azərbaycan Cenevrədə WTDC-25 ilə bağlı diplomatik brifinqdə təmsil olunub<font color=red> - FOTOLAR</font>

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədəki qərargahında BMT missiyaları və beynəlxalq ictimaiyyətin nümayəndələri üçün diplomatik brifinq təşkil edilib. Sessiyaya BTİ-nin baş katibi Dorin Boqdan-Martin, İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov rəhbərlik ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən NTV-yə  bildirilib ki, brifinqdə bu il 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) barədə məlumat verilib.

Müzakirələrdə tədbirin hamı üçün universal, əlverişli və əlçatan bağlantının təşviqində, eləcə də inklüziv və dayanıqlı rəqəmsal gələcəyin formalaşdırılmasında mühüm rolu vurğulanıb. İştirakçılara, həmçinin konfrans çərçivəsində həyata keçirilən logistik hazırlıqlar, qeydiyyat prosesi, yerləşmə, nəqliyyat təminatı və dayanıqlılıq tədbirləri barədə məlumat təqdim olunub.

Qeyd edilib ki, WTDC-25 iştirakçıları üçün sadələşdirilmiş elektron viza sistemi artıq aktivdir və rəsmi onlayn portal vasitəsilə istifadəyə açıqdır. Bu, Azərbaycana giriş prosesini daha rahat və əlçatan edir. BTİ rəhbərliyi Azərbaycan hökumətinə, Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə WTDC-25-in hazırlıqları çərçivəsində göstərilən sıx əməkdaşlıq və davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM