satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ixrac potensialı artıb

Naxçıvanda ixrac potensialı artıb

Cari ilin yanvar–oktyabr aylarında ixrac imkanlarını genişləndirmək və yerli məhsulların tanıdılmasını təmin etmək məqsədilə Naxçıvan sahibkarları 7-si biznes-forum, 6-sı sərgi və 1-i konfrans olmaqla, ümumilikdə, 14 beynəlxalq tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə  bildirilib ki, tədbirlərdə meyvə şirələri, peçenye, vafli, tütün məmulatları, panel radiator, mebel, sement, daş, əhəng, gips, elektrod, sintetik əsaslı boyalar və uşaq bezi kimi 35-dən çox yerli məhsul nümayiş olunub.

Bu ilin yanvar–sentyabr aylarında muxtar respublikadan ölkə xaricinə ixracın həcmi 10,3 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artım deməkdir. Cari ildə Naxçıvan məhsulları qonşu ölkələrlə yanaşı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmərlikləri və İraq bazarlarına çıxarılıb, həmçinin Tacikistan, Suriya və Fələstin kimi yeni ixrac istiqamətləri formalaşdırılıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM