satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 5-ci iclası keçiriləcək

İstanbulda Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 5-ci iclası keçiriləcək

Dekabrın 9 və 10-da İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 5-ci iclası keçiriləcək.

NTV xəbər verir ki, toplantı Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin ev sahibliyi ilə baş tutacaq.

Nazirlikdən verilən məlumata görə, toplantı çərçivəsində nazirlərin ikitərəfli görüşləri keçiriləcək, mövcud və potensial əməkdaşlıqlar müzakirə olunacaq. İclasda TDT katibliyi ilə yanaşı, təşkilata üzv və müşahidəçi ölkələrin rəsmiləri iştirak edəcəklər.

İki gün davam edəcək görüşlər çərçivəsində texniki səviyyədə Enerji İşçi Qrupu Toplantısı və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın ev sahibliyində nazirlərin toplantısı təşkil olunacaq.

Görüşdə bərpaolunan enerji mənbələri, neft və təbii qaz, nüvə enerjisinin sülh məqsədli istifadəsi, ağıllı şəbəkələr, enerji saxlanması, hidrogen və karbon tutma texnologiyaları, kritik minerallar və nadir torpaq elementləri kimi enerjinin bütün sahələri üzrə fikir mübadiləsi və dəyərləndirmələr aparılacaq. İclasda, həmçinin türk dövlətlərinin enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün atılması zəruri olan addımlar müzakirə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM