satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı açıqlanıb

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı açıqlanıb

Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda 11 450 aktiv əmək müqaviləsi olub.

NTV xəbər verir ki, bölgədə həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Özəl sektorda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 8 391 vahid artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM