satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-da TRIPP layihəsinin sürətləndirilməsi müzakirə olunub

ABŞ-da TRIPP layihəsinin sürətləndirilməsi müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirib.

Nazirlikdən NTV bildirilib ki, görüşdə Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.

Həmçinin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM