2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvanda sahibkarlıq fəaliyyəti üzrə 39 lisenziya verilib.
NTV xəbər verir ki, bu ilin 11 ayı ərzində verilmiş lisenziyaların 46,2 faizini əczaçılıq, 15,4 faizini baytarlıq, 10,3 faizini yükdaşıma, 10,2 faizini rabitə, 5,1 faizini tikinti və 12,8 faizini digər fəaliyyət növləri təşkil edib.
Həmçinin Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 8134 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,9 faiz artıb. İcazələrdən daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 34,9 faiz artaraq 193 min 848 manat olub.
